Menyu

İntellektual yarış Balaxanı Əməliyyat Şirkəti LTD tərəfindən 69 nömrəli tam orta məktəbdə təşkil olundu.

İlk olaraq, Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib. Ardınca, zəfər tariximizdə silinməz izlər buraxan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan 69 nömrəli tam orta məktəbin direktoru Faiq Məmmədov “Yaşıl dünya naminə həmrəylik ili”nin əhəmiyyəti və ölkəmizin hazırlıq işlərindən bəhs edərək, 8 Noyabr münasibətilə xalqımızı və şagirdləri təbrik edib.

Ümumi işlər departamentinin direktoru Kərim Aşurov  çıxışında noyabr ayında ölkəmizdə keçiriləcək COP29-a hazırlıq məsələlərinə toxunub. Balaxanı Əməliyyat Şirkəti LTD-nin gördüyü ekoloji işlər barəsində geniş məlumatları kollektivin diqqətinə çatdırıb. Zəfəri bizə bəxş edən qəhrəmanlarımızın uğurlarından bəhs edərək çıxışını qələbəmizi təbrik edərək bitirib.

Ətraf mühitin qorunması üzrə beynəlxalq ekspert, Balaxanı Əməliyyat Şirkəti LTD layihə meneceri Çingiz Məmmədov  tədbirdə ekologiya və ətraf mühit haqqında geniş məlumatları şagirdlər ilə bölüşüb.