Haqqımızda
Balaxanı-Sabunçu-Ramana neft-qaz yatağı Abşeron yarımadasının ən iri, nadir neft yatağıdır. Yatağın Balaxanı sahəsində, hələ çox qədim zamanlarda əllə qazılmış 3-5m dərinliyi olan quyulardan neft çıxarılmışdır. Burada neftli laylar yer üzərinə çıxır. “Balaxanı-Sabunçu” yatağının quruluşunda məhsuldar qat çöküntüləri iştirak edir. İstismar dövründə ümumi qazılmış quyuların sayı 9715 -dir.
1733
Sənədlər əsasında Azərbaycanın ən qədim neft quyularının Abşeronun aşağı kəndlərində yerləşdiyi təstiqlənmişdir. Rəsmi mənbələrlə XIII fəaliyyəti məlum olan Balaxanı neft quyularının, 1733-cü ildə, İ.Lerx-in qeydlərində fars şahı zamanından istifadə edilən bir mənbə olması verilmişdir. Hazırda, Abşeronda ilk neft mənbəyi dərinliyi 35m olan, Balaxanı ərazisindəki Allahyar Məmmədəli Nur oğlunun 1594-cü ildə tikdiyi quyu sayılır.
1823
"Xələfi" quyusunun yaxınlığında, 1823-cü ildə, üzərində "quyu 200 il bundan qabaq yenidən qurulub" sözləri yazılmış daş tapılmışdır
1837
1837-ci ildə Balaxanıda, dünyada ilk neftayırma zavodu fəaliyyətə başlamış, 1869-cu ildə isə ilk dəfə olaraq mexaniki üsulla quyu qazılmışdır.
1873
1873-cü ilin iyununda Balaxanıda üç ay ərzində 90 mln. pud neft vermiş ilk güclü "Vermişevski" fontanı vurur.
1879
1879-cu ildə ikinci Balaxanı-Qara şəhər neft kəməri istehsala verilmişdir
1884
1884-cü ildə 200 min puddan çox neft ötürmə qabiliyyətinə malik kəmərlərin sayı artıq 5 idi.
1873-1940
1941–1945-ci illərdə müharibə dövrü ilə əlaqədar digər yataqlar kimi Balaxanı neft yataqları da irrasional istismara məruz qalmışdır. Bu dövrdə minalanmış neft quyuları sonradan təmizlənmişdir. Ümumilikdə, 1873-1940-cı illərdə resursların irrasional istifadə edildiyini görmək mümkündür. Nobel qardaşları, Rotşild, Rokfeller kimi milyonçular, rus kapitalistləri gəldikdən sonra, XX əsrin əvvəllərində Balaxanıda neft istehsalı ilə məşğul olan, yerli və xarici neft şirkətləri və onların mədənləri, karxanaları fəaliyyət göstərirdi.
2012
2012-ci ildən, Balaxanı-Sabunçu-Ramana yatağında çıxarıla bilən xam neftin miqdarınının artırılması məqsədi ilə neft verməni artıran yeni üsullardan reagen tərkibli məqsədyönlü su vurma üsulundan istifadə edilməyə başlanılmışdır. Beləliklə, hasilatın davamlılığını qorumaq və karbohidrogen ehtiyatlarının maksimum realizəsini həyata keçirmək üçün lay təzyiqinin bərpası hədəflənilir.
Biz hansı gələcək hədəflər üçün çalışırıq?
01
Daima inkişaf
02
İqtisadi səmərəliliyin davamlılığı
03
Ekoloji təmiz nəticə
04
Ehtiyatlardan rasional istifadə və hasilatın davamlılığının qorunması