Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE-LANSER PTİ. LTD və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanunu 6 may 2011-ci ildə qəbul olunmuşdur.
Hasilatın Pay Bölgüsü Sazişi
2010-cu ilin iyun ayının 3 də Bakı şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), SOCAR-ın Ortaq Neft Şirkəti (ONŞ) və UQE-LANSER PTİ. LTD şirkəti arasında “Azərbaycan Respublikasının Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu Blokun Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” saziş bağlanmışdır. Yataq 01.01.2012-ci ildən «Balakhani Operating Company LTD» şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunur.
Protokollar
İdxal və ixrac rüsumları və vergiləri haqqında Protokol
Əməkdaşların və fiziki şəxslərin vergiyə cəlb edilməsi haqqında Protokol