Uğurlarımızın arxasında dayananlarla tanış olun. Hər biri kollektiv səyahətimizə unikal perspektiv töhfə verən şəxslərdəndir. Biz birlikdə gözləntiləri aşmağa və daha parlaq gələcək formalaşdırmağa çalışırıq”.
Əhməd Kələşov
Vitse-Prezident
<p>2023-cü ilin Mart ayından etibarən “Balakhani Operating Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialında Hasilat üzrə vitse-prezident vəzifəsində çalışır. O, bu vəzifəyə təyin olanadək “Balakhani Operating Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialında İcraçı direktor vəzifəsini icra etmişdir.Neft və Qaz sənayesində 25 ildən artıq təcrübəyə malik olan və bu müddət ərzində texniki və idarəçi rəhbər vəzifələrində çalışan Əhməd Kələşov, karyerası ərzində operator, usta, mühəndis və hasilat üzrə sahə rəisi vəzifələrində fəaliyyət göstərmişdir. Neft quyularının istismarı və yataqda hasilatın artırılması üçün geoloji-texniki tədbirlərin icrası istiqamətində zəngin təcrübəyə malikdir.O, ali təhsilini Azərbaycan Dövlət Neft Akademiyasının dağ mühəndisi-geoloq ixtisası üzrə bitirmişdir.</p>