Menyu

Ölkəmizdə Prezident İlham Əliyev tərəfindən elan edilən “Yaşıl Dünya Naminə Həmrəylik ili” münasibəti ilə təşkil edilən yarışmada  “Balakhani Operating Company LTD”-nin müşaviri, BMTİP-in Ətraf Mühit Layihələrinin sabiq rəhbəri Çingiz Məmmədov müəllim və şagird  heyəti qarşısında mühazirə ilə çıxış edib və COP29-un önəmi və qlobal iqlim dəyişikliklərinə dair önəmli məqamları şagirdlərlə bölüşüb.

 Ümumi İşlər Departamentinin direktoru Kərim Aşurov  isə çıxışında qarşıdan gələn COP29 beynəlxalq konfransın hazırlıq işlərinə toxunub və şirkətimizin həyata keçirdiyi böyük miqyaslı ekoloji layihələrdən danışıb.

Daha sonra şagidrlər arasında keçirilən intellektual oyun böyük həvəs və maraqla qarşılanıb. Qaliblər müəyyənləşdirildikdən sonra şagirdlərlə xatirə şəkli çəkilib.

Məktəbin direktoru Fərid Ağaliyev “Balakhani Operating Company LTD”-nin heyətinə maarfiləndirici və maraqlı təşəbbüsə görə minnətdarlığını bildirib.