YAP Sabunçu Rayon Təşkilatının təşəbbüsü ilə keçirilən aksiyaya Sabunçu Rayon İcra Hakimiyyəti, eləcə də “Balakhani Operating Company LTD” şirkəti qoşulub.
Aksiya çərçivəsində əraziyə, ümumilikdə, 400-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib, tinglərə aqrotexniki qulluq göstərilib.
YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, “Balakhani Operating Company LTD”-nin prezidenti Rövşən Rzayev heyətlərinin əməkdaşları ilə birgə aksiyada fəal iştirak edərək ekoloji maarifləndirmə, yaşıllıqların bərpasını təşviq etmə, ətraf mühitin qorunması və iqlim dəyişikliyinin sürətinin azaldılması istiqamətində birgə səyləri davam etdirəcəyini bildiriblər.