Menyu

“Balakhani Operating Company LTD”-nin təşkilatçılığı ilə Bakının Sabunçu rayonunda yerləşən 311 saylı orta məktəbdə şagirdlər arasında “Yaşıl dünya naminə sağlam həyat” adlı intellektual yarışma keçirilib.
Ölkəmizdə Prezident İlham Əliyev tərəfindən elan edilən “Yaşıl Dünya Naminə Həmrəylik ili” münasibəti ilə təşkil edilən yarışmada  “Balakhani Operating Company LTD”-nin müşaviri, BMTİP-in Ətraf Mühit Layihələrinin sabiq rəhbəri Çingiz Məmmədov müəllim və şagird  heyəti qarşısında mühazirə ilə çıxış edib və qlobal iqlim dəyişikliklərinə dair statistik məlumatları açıqlayıb. Ümumi İşlər Departamentinin direktoru Kərim Aşurov  isə çıxışında qarşıdan gələn COP29 beynəlxalq konfransın hazırlıq işlərinə toxunub və şirkətimizin həyata keçirdiyi miqyaslı ekoloji layihələrdən danışıb. 
Daha sonra şagidrlər arasında keçirilən intellektual oyun böyük həvəs və maraqla qarşılanıb. Qaliblər müəyyənləşdirildikdən sonra şagirdlər tərəfindən hazırlanan bədii proqram nümayiş etdirilib. 
Məktəbin direktoru Şəlalə Mütəllimova “Balakhani Operating Company LTD”-nin heyətinə maarfiləndirici və əyləncəli proqramın təşkilinə görə minnətdarlığını bildirib.