Menyu

SOCAR-ın nümayəndə heyəti «Balakhanı Operating Company LTD»-yə səfər edib

13 iyul 2024-cü il tarixində SOCAR-ın vitse-prezidentləri Babək Hüseynov və Əfqan İsayev, aparat rəhbəri Hafiz Zeynalov və “SOCAR Upstream Managament International LLC”-nin icraçı direktoru Emin Babaxanın rəhbərlik etdiyi nümayəndə heyəti “Balakhani Operating Company LTD” (BOC LTD) şirkətinin Azərbaycan Respublikasındakı filialının kontrakt ərazisinə səfər edib.

BOC LTD-nin prezidenti Rövşən Rzayev və əməliyyatlar üzrə vitse-prezidenti Əli Həsənli şirkətin ümumi fəaliyyəti, son iki il ərzində davamlı artım tempi ilə davam edən neft hasilatı göstəriciləri, COP-29 tədbirinə hazırlıq və “Yaşıl dünya naminə  həmrəylik ili” çərçivəsində həyata keçirilən ekoloji və ətraf mühitin tarazlığının qorunması üçün yaxşılaşdırma tədbirləri barəsində nümayəndə heyətini məlumatlandırıb.

BOC LTD-nin ekoloji yaxşılaşdırma tədbirləri çərçivəsində həyata keçirilməsi planlaşdırılan yeni layihələr nümayəndə heyətinə təqdim edilib və bu layihələrin həyata keçirilməsində əməliyyat şirkətinə göstərmiş olduqları diqqət və dəstəyə görə nümayəndə heyətinə minnətdarlıq ifadə edilib.