Menyu

"Yaşıl Dünya Naminə Həmrəylik İlinin neft səneyesi qarşısında qoyduğu vəzifələr" adlı tədbir keçirilib

 

Mayın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universtetinin (ADNSU), Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu Rayon Təşkilatının və Balaxanı Əməliyyat Şirkətinin birgə tərəfdaşlığı ilə “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində "Yaşıl Dünya Naminə Həmrəylik İlinin neft səneyesi qarşısında qoyduğu vəzifələr" adlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin və Ulu Öndər Heydər Əliyevin, Azərbaycan ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.                                                

Açılış nitqi ilə çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universtetinin rektor əvəzi, YAP İdarə Heyətinin üzvü, dosent Vazeh Əskərov qonaqları universitetdə salamlayaraq müəssisələrlə əlaqələrin inkişaf etdirilməsindən danışıb və universitet-sənaye əməkdaşlığının universitetin qarşısında duran prioritet məsələlərdən olduğunu deyib. “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində qarşıda duran müasir çağırışlardan söz açan dosent Vazeh Əskərov bu işdə birgə fəaliyyətin xüsusi önəm kəsb etdiyini bildirib. 

Yaşıl enerji layihələrinin, COP29 kimi qlobal çağırışların əhəmiyyətindən danışan Balaxanı Əməliyyat Şirkətinin prezidenti Rövşən Rzayev, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, YAP Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, COP29-un  layihə meneceri, müşavir Çingiz Məmmədov  ölkəmizdə belə müasir çağırışlara cavab verən layihələrin reallaşdırılmasının yalnız enerji sahəsində deyil, neft sənayesi və elmi potensialın inkişafı istiqamətində də qarşıya mühüm vəzifələr qoyduğunu bildiriblər.