Menyu

28 May- Müstəqillik Günü və Yaşıl Dünya Naminə Həmrəylik ili” ilə əlaqədar Balaxanı Əməliyyat Şirkəti LTD və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə Bakının Balaxanı ərazisində  iməclik və ağacəkmə aksiyası keçirilib.

Aksiyada Balaxanı Əməliyyat Şirkəti LTD vitse-prezidenti Əli Həsənli, Ətraf mühitin mühafizəsi üzrə müavin Ramil Əliyev,
Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, partiya və şirkət əməkdaşları eyni zamanda fəal gənclər iştirak ediblər.

Qeyd edək ki, aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 100 dən çox zeytun ağacı əkilib, yeni əkilən ağaclar  suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib.

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.