Menyu

 

M.Ə.Sabir adına 259 nömrəli tam orta məktəbdə  Heydər Əliyevin 101 illiyinə həsr olunan mini yarışma keçirilib.

Əvvəlcə, Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib. Ardınca, ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Venera Mustafayeva deyib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət və müdrik dövlət xadimi kimi düşüb. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu öndərin uzaqgörənliyi, müdrikliyi,  zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib.

 COP29 Layihə Meneceri,Müşavir Çingiz Məmmədov mini yarışmanın keçirilmə məqsədini və oyunun qaydaları haqqında şagirdlərə məlumatlar verib. Onun sözlərinə görə, Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də Azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir.

Tədbirin davamında şagirdlərə suallar paylanılıb və oyun başlayıb. 5 komanda arasında ümumillikdə 50 nəfər şagird yarışıb. Qaliblərə hədiyyələr təqdim olunub.

Daha sonra şagirdlər və Balaxanı Əməliyyat Şirkəti LTD əməkdaşları məktəbin həyətinə ağaclar və güllər əkiblər.