Menyu

Mayın 10-da Balaxanı Əməliyyat Şirkəti LTD  əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş minifutbol çempionatı keçirilib.

Əvvəlcə, ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər Heydər Əliyevin adı ilə sarsılmaz tellərlə bağlıdır. Ulu Öndər digər sahələrdə olduğu kimi, ölkə idmanının inkişaf strategiyasını da müəyyənləşdirib və bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər nəticəsində qısa müddətdə böyük uğurlar qazanılıb.

Sonra qaliblərə mükafat, kubok, medal və diplomlar təqdim olunub.