Menyu

Aksiyanın məqsədi iqlim dəyişikliyi ilə mübarizəyə tövhə vermək və cəmiyyəti ətraf mühitin mühafizəsində aktiv iştiraka təşviq etməkdir.

İməclik aksiyası çərçivəsində şirkətin ərazilərində yaşıllıq zonaların bərpası və genişləndirilməsi məqsədilə 3000-dən artıq ağaca qulluq göstərilmiş və 500-dən çox yeni şam ağacları əkilmişdir. Həmçinin, ərazi məişət tullantılarından təmizlənmiş və yığılmış tullantılar tullantı poliqonuna təhvil verilmişdir.