Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar fevralın 26-da Balaxanı Əməliyyat Şirkətinin rəhbər heyəti və əməkdaşları Bakıdakı "Ana harayı" abidəsini ziyarət ediblər.
Balaxanı Əməliyyat Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Balaxanı Əməliyyat Şirkəti əməkdaşları soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.