Menyu

Son illər Balaxanı ərazisi nəzərəçarpaçaq dərəcədə inkişaf edir. Xüsusilə, Balaxanı Əməliyyat Şirkəti ərazilərində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər sürətlə davam etdirilir. Son dövrlərdə görülən işlərə çirklənmiş torpaq sahələrinin təmizlənməsi, eyni zamanda, abadlaşdırılması, ətraf ərazilərin rekultivasiyası işlərinin həyata keçirilməsi aiddir.

 Balaxanı Əməliyyat Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görülən işlər ərazilərdə torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlib. Son vaxtlar Balaxanı ərazisinin flora müxtəlifliyi xeyli artırılıb, həmçinin bu sahədə geniş işlər icra edilir. Bu məqsədlə şirkətin əməkdaşları qeyd olunan ərazilərdə aktiv və eyni zamanda həvəslə çalışırlar.