Menyu

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək.

 

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Hər il müxtəlif ölkələrin ev sahibliyi etdiyi 29-cu “Tərəflərin Konfransı (COP)” noyabrın 11-dən 24-dək keçiriləcək. “COP 29” iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur. BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-un 2024-cü ilin noyabrında Azərbaycanda keçirilməsi elan ediləndən bəri Bakı hazırlıq işlərinə start verdiyini bəyan edib

Balaxanı Əməliyyat Şirkətindən  bildirilib ki, şirkət mərkəzi anbar və 3-cü mədən ərazisi və digər bölgələrdə geniş şəkildə yaşıllaşdırma, yenidən bərpaetmə, çirkli tullantılardan torpaqların təmizlənməsi və ağacların əkilməsi kimi abadlıq işləri yerinə yetirir.

Bu məqsədlə şirkətin əməkdaşları qeyd olunan ərazilərdə sürətləndirilmiş iş rejimində çalışırlar.