Menyu

20 Yanvar, silahsız və məsum insanların, müstəqil vətəndaşlığa olan sevgisinin və iradəsinin qanla boğulduğu bir gündür.

 

Üzərindən illər keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir. 20 Yanvar Faciəsi, Azərbaycan tarixinin ən acı hadisələrindən biri kimi yadda qalmaqdadır. Bu acı tarixlə bağlı, 20.01.2024 tarixində, Balaxanı Neft Əməliyyat Şirkəti "Qara Yanvar" və qurbanların xatirəsini yad etmək üçün keçirilən tədbirdə iştirak etmişdir. Rəhbər heyətdən Kərim Aşurov başda olmaqla, Balaxanı Əməliyyat Şirkətinin əməkdaşları və Sabunçu Rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə Sabunçu rayon və Balaxanı Əməliyyat Şirkətinin ərazisində yerləşən Şəhidlər Xiyabanını ziyarət etmişlər. İlk öncə, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən Balaxanı Əməliyyat Şirkəti nümayəndələri sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışmışlar. Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra bu faciəyə siyasi-hüquqi qiymət verildiyi qeyd edilmişdir. Son olaraq, 2020-ci ilin sentyabr ayında başlayan 44 günlük vətən müharibəsi ilə Qarabağ müharibəsi şəhidlərinin qisasının alınması vurğulanmışdır. 
Qeyd etmək lazımdır ki, Balaxanı Əməliyyat Şirkətinin də qatqıda olduğu bu anım tədbiri, 20 Yanvar Faciəsi şəhidlərinin xatirəsini yaşadaraq və onların müstəqillik uğrundakı savaşını vurğulayaraq, vətən sevgisi və vətəndaşlıq məsuliyyəti üçün dərin örnək qoymuş oldu.