Menyu

2023-cü ilin mülki müdafiə tədbirləri planına müvafiq olaraq 17 may 2023-cü il tarixində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda rəhbər heyətin MM məşqi keçirilmişdir.

Sabunçu r-n İcra Hakimiyyəti başçısının təsdiq etdiyi MM tədbirlərinin plan-qrafikinə müvafiq olaraq “Balakhani Operating Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının cari il üçün MM tədbirlər planına əsasən ildə 1 dəfə keçirilir.

Məşqin keçirilməsində məqsəd:

1. “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin obyektin rəhbər heyəti tərəfindən yerinə yetirilməsi səviyyəsini müəyyən etmək, mülki müdafiə planının reallığını, rabitə və xəbərdarlıq sisteminin hazırlığını, ehtimal edilən fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsi üzrə praktiki vərdişlərini artırmaq.

2. Fövqəladə hadisələrin nəticələrini aradan qaldırarkən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili, rəhbər heyətin, fövqəladə hallar üzrə komissiya üzvlərinin və mülki müdafiə qüvvə komandirlərinin fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsi üzrə praktiki vərdişlərini artırmaq.

Məşqə cəlb olunur: Filialın rəhbər heyəti, fövqəladə hallar üzrə komissiyası, mülki müdafiə qərargahı, MM qüvvə komandirləri.