Menyu

28 dekabr tarixində Hermes Academy tərəfindən təşkil olunan "Project Management" təlimində Balaxanı Əməliyyat Şirkəti əməkdaşları da iştirak etmişdir.

 

Təlimdə,təyin edilmiş hədəflərə çatmaq üçün yerinə yetirilməli olan bir sıra strukturlaşdırılmış tapşırıqlar, fəaliyyətlər və strategiyalar haqqında bəhs edilmişdir. Layihələrin idarə edilməsi təlimi hər bir aspekti son məqsədə çatmazdan əvvəl hansı mərhələlərindən keçməli olduğunu daha asan şəkildə görməyə imkan verir. Bu, menecerlərə layihələrinin hər mərhələsini daha doğru şəkildə həyata keçirməyə imkan verir.