Menyu

Balaxanı Əməliyyat Şirkəti (BOC) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilmişdir.

 

Tədbir ilə bağlı çıxış edənlər bayram münasibətilə hər kəsi təbrik etmiş, ümummilli lider Heydər Əliyev'in soydaşlarımızın həmrəyliyi ideyasının Azərbaycan xalqı üçün olan əhəmiyyətindən danışmışlar. 
Tədbir daha sonra iştirakçılar arasında müxtəlif oyunlarla aparılmış, qaliblər seçilmiş, hədiyyələr paylanmışdır. Canlı ifa, şaxta baba və qar qız da iştirakçılara bayram əhval-ruhiyyəsi yaşatmışdır.