Menyu

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi bitdikdən sonra Vətən müharibəsinin başladığı günü "Anım Günü" kimi qeyd etmək barədə sərəncam vermişdir.

Balaxanı Əməliyyat Şirkəti heyəti tərəfindən sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunmuşdur. Tədbir iştirakçıları şəhidlik zirvəsinə ucalan oğullarımızın xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etmiş, gül dəstələri qoymuşlar.

Anım Günü daha sonra Balaxanı Əməliyyat Şirkəti iclas zalında davam etmişdir. Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq tədbir zamanı çıxış edənlər ordumuzun qəhrəmanlığı sayəsində qazandığımız şanlı qələbədən söz açıblar.