Menyu

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Balaxanı Əməliyyat Şirkətinin (BOC) rəhbər heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edərək, xatirəsini anıblar.

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiramın ifadəsi olaraq məzarı önünə əklil və gül dəstələri qoyulub, hörmət və ehtiramla yad olunub. Balaxanı Əməliyyat Şirkətinin (BOC) rəhbər heyəti Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə güllər düzüblər. 

Anım Günü daha sonra Balaxanı Əməliyyat Şirkəti iclas zalında davam etmişdir. Ümummilli Liderimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq tədbir zamanı çıxış edənlər ulu öndər Heydər Əliyevin şərəfli həyat yolu və zəngin ictimai-siyasi fəaliyyəti haqqında söz açıblar.Anım Günü daha sonra Balaxanı Əməliyyat Şirkəti iclas zalında davam etmişdir. Ümummilli Liderimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq tədbir zamanı çıxış edənlər ulu öndər Heydər Əliyevin şərəfli həyat yolu və zəngin ictimai-siyasi fəaliyyəti haqqında söz açıblar.