Menyu

25 oktyabr tarixində Bakıda keçirilən SAP tədbirində aparıcı ekspertlər və mütəxəssislər bir araya gələrək iştirakçıları möhtəşəm bir proqramla qarşıladılar.

baki-sap-tedbirinden-goruntu
25 oktyabr tarixində Bakıda keçirilən SAP tədbirində aparıcı ekspertlər və mütəxəssislər bir araya gələrək iştirakçıları möhtəşəm bir proqramla qarşıladılar. Bu unudulmaz günün çıxışlarında biznesin inkişafı imkanları və SAP innovasiyalarının müzakirələri aparıldı. Hər bir iştirakçıya dövrün tələb etdiyi innovativlik və biznesin incə detalları haqqında yeniliklər qatan bu gecədə, Balaxanı Əməliyyat Şirkəti olaraq biz də iştirakçılar qarşısında çıxış edib, qürurla SAP ilə əməkdaşlığımız və müştərimizlə birlikdə əldə etdiyimiz nəticələr barədə danışdıq. Balaxanı Əməliyyat Şirkətinin təcrübələri SAP ekspertləri, istifadəçiləri və tədbir iştirakçılarında yüksək maraq və rəğbət yaratmışdır. Çıxış zamanı proqramda layihənin ilkin şərtləri, funksional əhatə dairəsi, lokallaşdırma problemləri, layihə planı və üstünlükləri kimi mövzular paylaşılmış, Balaxanı Əməliyyat Şirkətinin SAP-in tətbiqi təcrübəsi bəyənilmişdir. Möhtəşəm tədbir və əməkdaşlığa görə BMS Global-a və xüsusilə də layihə meneceri Dr. Rəşad Məmmədova təşəkkürümüzü bildiririk!