Menyu

24, 25, 26 Oktyabr tarixlərində Azgerneft, Sabunçu, Balaxanı şirkətləri üçün Protema şirkəti tərəfindən “Biznes Proseslərinin İdarə Edilməsi (BPM)” təlimi keçirilmişdir.

təlimdən-görüntü
təlimdən-görüntü
təlimdən-görüntü
24, 25, 26 Oktyabr tarixlərində Azgerneft, Sabunçu, Balaxanı şirkətləri üçün Protema şirkəti tərəfindən “Biznes Proseslərinin İdarə Edilməsi (BPM)” təlimi keçirilmişdir. “Hermes Academy”-nin təşkilatçılığı ilə təşkil olunan təlimlərə ümumilikdə 20 nəfərə yaxın iştirakçı qatılmışdır. Günümüzə qədər bir çox mükafata layiq görülmüş konsaltinq və planlaşdırma şirkəti olan Protema, təşkilat daxilində texnologiya və personalın prosesə əsaslanan qarşılıqlı əlaqəsini təmin edir. Uzunmüddətli perspektivdə mürəkkəb, dinamik bazarlarda gəlirli böyümənin əsaslarını öyrədən BPM təlimlərinin əsas məqsədi, biznes proseslərinin modelləşdirilməsi, təhlili və optimallaşdırılması olmuşdur. Nəzərə almaq lazımdır ki, BPM, zaman keçdikcə təkmilləşdirilmiş biznes nəticələrə gətirib çıxara bilən davamlı bir prosesdir. Təlimin keçirilməsi vasitəsi ilə səmərəliliyi artırmağın, xərcləri və səhvləri azaltmağın üsullarının öyrənilməsi hədəflənmişdir.