Menyu

2023-cü il aprelin 2-də “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı, AFFA, “Neftçi” PFK və “Neftçi” İK-nın dəstəyi ilə mini-futbol turniri başlanıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlanıb, daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ümumilikdə on altı komandanın iştirak etdiyi yarışda Balaxanı Əməliyyat Şirkətinin (BƏŞ) kollektivi də qüvvəsini sınayıb. 

Təxminən bir ay davam edən turnirin final qarşılaşması Bakı Tennis Akademiyasının meydançasında keçirilib. Həlledici matçda “SOCAR Downstream Management” MMC-nin və "Suraxanı Oil" Əməliyyat Şirkətinin komandaları üz-üzə gəliblər. Qarşılaşma “SOCAR Downstream Management” MMC komandasının 5:4 hesablı qələbəsi ilə başa çatıb. Sonda qaliblərin mükafatlandırılma mərasimi keçirilib. Üçüncü yer uğrunda qarşılaşmanın və final oyununun nəticələrinə uyğun olaraq “BOS Şelf” MMC turnirdə 3-cü yerə, "Suraxanı Oil" Əməliyyat Şirkəti 2-ci yerə, “SOCAR Downstream Management” MMC isə 1-ci yerə sahib olub. Komandalar mükafat, diplom və medallar, həmçinin turnirin ən məhsuldar oyunçusu, ən yaxşı futbolçusu və ən yaxşı qapıçısı mükafat və diplomlarla təltif ediliblər.