Menyu

“Azərbaycan Dəmir Yolları” QSC və “Balakhani Operating Company” LTD şirkətinin təşkilatçılığı ilə Dəmiryol Muzeyində “Qara qızılın saldığı dəmir yollar” adlı fotosərgi açılıb.

Tədbirdən əvvəl “Üç əsrin xatirəsi” adlı sənədli film nümayiş olunub.

Sonra “Balakhani Operating Company” LTD şirkətinin rəhbəri Rövşən Rzayev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, “Azərbaycan Dəmir Yolları” QSC-nin departament rəhbəri Turxan Əhmədov və başqaları çıxış ediblər.

Qeyd olunub ki, 145 yaşlı Azərbaycan dəmir yolları ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayıb. Neft daşımalarından başlayan dəmir yolları bu gün Avropa ilə Asiyanı birləşdirən mühüm iqtisadi infrastruktura çevrilib. 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfər Zəngəzur dəhlizinin də açılmasına imkan yaradıb və bu dəhlizin fəaliyyətə başlaması istiqamətində böyük işlər aparılır. Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirmir. Eyni zamanda, Azərbaycanın dəmir yolu vasitəsilə dünyaya çıxışını təmin edir.

Bu gün Horadiz-Ağbənd, Bərdə-Ağdam istiqamətində dəmir yolları tikilir ki, bu da Azərbaycanın iqtisadi inkişafına, insanların sərbəst hərəkətinə imkan yaradır. Torpaqlarımızın işğaldan azad olunması dəmir yollarının da inkişafına təkan verib. Bu gün biz yalnız keçmişi xatırlamırıq eyni zamanda gələcəyi qururuq.

Sonra fotosərgiyə baxış olub. Sərgidə XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda neft və dəmir yolları arasında formalaşan qarşılıqlı əlaqəni əks etdirən nadir arxiv fotolar təqdim edilib. Bu fotoların əksəriyyəti ilk dəfədir ki, ictimaiyyətə nümayiş olunur.

“Qara qızılın saldığı dəmir yollar” sərgisi Azərbaycanın sənaye və nəqliyyat tarixində mühüm yer tutan iki sahənin — neft və dəmir yollarının bir-birini tamamlayan inkişaf yolunu nümayiş etdirir. 1880-ci ildə Azərbaycanın ilk dəmir yolu – Bakı–Sabunçu–Suraxanı xətti istifadəyə verilib. Bu qatarlar dünyada ilk dəfə nefti vaqon-sisternlərlə daşıyaraq tarix yazıb. Çox keçmədi ki, həmin dəmir yolları təkcə neft deyil, həm də sərnişinləri, Abşeronun mədənlərindən şəhərə və ya əksinə üz tutan minlərlə neftçi və onların ailələrini daşımağa başlayıb. 1926-cı ildə isə Bakıda keçmiş SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu istifadəyə verilib. Həmin xəttin qatarları bu gün Dəmiryol Muzeyinin yerləşdiyi binadan Sabunçuya yola düşürdü. Böyük tarixə malik olan Azərbaycan dəmir yolları bu gün öz inkişafının yüksək mərhələsinə qədəm qoyub. Dəmir yolları artıq qlobal xarakterli beynəlxalq iqtisadi layihələrə qoşularaq dünya ticarətində əhəmiyyətli yer tutur.

“Azərbaycan Dəmir Yolları” QSC və “Balakhani Operating Company” LTD şirkətinin təşkilatçılığı ilə Dəmiryol Muzeyində “Qara qızılın saldığı dəmir yollar” adlı fotosərgi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl “Üç əsrin xatirəsi” adlı sənədli film nümayiş olunub.