Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Balakhani Operating Company LTD”, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası həyata keçirilib.
Ekoloji maarifləndirmə və yaşıllıqların artırılması məqsədi daşıyan aksiyada “Balakhani Operating Company LTD” nin, YAP Sabunçu Rayon Təşkilatı və Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbər heyət üzvləri fəal iştirak ediblər.
Aksiya çərçivəsində ərazinin torpaq-iqlim xüsusiyyətlərinə uyğun olaraq 300-ə yaxın zeytun və 100-ə yaxın sərv ağacı əkilib. Bununla yanaşı, 200-dən çox mövcud ağaca aqrotexniki qulluq göstərilərək abadlıq işləri aparılıb.
Bu kimi davamlı tədbirlərin əsas məqsədi yaşıllıq zonalarının genişləndirilməsi, ekoloji tarazlığın qorunması və ətraf mühitin mühafizəsi istiqamətində ictimai məsuliyyətin artırılmasına töhfə verməkdir.