Menyu

“Balakhani Operating Company LTD” bu təqvimlə bağlı tədbir keçirib.
Mülki Müdafiə Xidmətinin rəhbəri Yusif Musayev  “Ümumdünya Mülki Müdafiə Günü”, onun məqsəd və vəzifələri barədə məlumat verib. Xidmətin mühəndisi Nailə Quliyeva, həmçinin, təqvimlə bağlı ölkəmizdə və şirkətimizdə mülki müdafiənin təbliği istiqamətində təşkil edilən müxtəlif tədbirlər, o cümlədən açıq dərslər və təlimlər barədə həmkarlarımızı məlumatlanıdırb. 
Qeyd edək ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) qərarı ilə 1972-ci ildən bəri qeyd edilən  “Ümumdünya Mülki Müdafiə Günü” hazırda dünyanın 50-dən çox ölkəsində qeyd edilir. Azərbaycan 1993-cü ildən bu nüfuzlu humanitar təşkilatın üzvüdür.