Menyu

20.09.2023 tarixində Balaxanı Əməliyyat Şirkəti tərəfindən mədən ərazilərində iməclik keçirilmişdir.

İməclikdə rəhbər heyətdən Əhməd Kələşov olmaqla hər bir departament əməkdaşı iştirak etmişdir. Eyni zamanda ağac və yaşıllıqlara qulluq göstərilmiş, təmizlik işləri görülmüş, yaxınlıqda yerləşən yol kənarları təmizlənmiş, yeni ağaclar əkilmişdir. İməclik tədbirləri gün ərzində 1-ci mədən ərazisindən başlayaraq 8-ci mədən ərazisinə qədər olan ərazidə keçirilib və təmizliyin lazımı səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər mütəmadi olaraq davam etdiriləcəkdir.