2023-cü ilin yaz ayları boyunca görülən ağac əkilməsi və abadlaşdırma işləri, ekoloji olaraq işlərin aparıldığı sahədə inkişafın və ətraf mühitin təmizliyinin artmasına səbəb olmuşdur
2023-cü ilin yaz ayları boyunca görülən ağac əkilməsi və abadlaşdırma işləri, ekoloji olaraq işlərin aparıldığı sahədə inkişafın və ətraf mühitin təmizliyinin artmasına səbəb olmuşdur. Bu dövr ərzində:
· 2 nömrəli Neft-qaz çıxarma sexinin inzibati binasına yaxın ərazidə neftdən təmizlənmə işləri aparılmış, 200-dən çox zeytun ağacı əkilmişdir;
· Mərkəzi anbarın arxasında, III Neft-qaz çıxarma sexinin II sahəsinin ərazisi təmizlənmişdir. Həmin əraziyə yaxın, Sabunçu-Balaxanı yolunda abadlıq işləri aparılmışdır. Neftlə çirklənmiş torpaq təmizlənmiş, ümumilikdə, III Neft-qaz çıxarma sexi ərazisində 1049 zeytun və şam ağacları əkilmişdir;
· IV Neft-qaz çıxarma sexi ərazisində, 1970m2 təbii yaşıl örtük salınmış, 538 bir-birindən fərqli ağac növləri (vibirnium – lisidium, tinus; photinia buxsus, çinar, giparsis və s.) əkilmişdir;