Menyu

Aparılan fəaliyyətlər daxilində olan bu prossesin üstünlükləri mövcuddur ki, bunlardan biri də ətraf mühitin çirklənməsinin qarşısının alınmasıdır.

Aparılan fəaliyyətlər daxilində olan bu prossesin üstünlükləri mövcuddur ki, bunlardan biri də ətraf mühitin çirklənməsinin qarşısının alınmasıdır. Bu zaman, məhsuldar laylardan neftlə birgə hasil edilən suyun tərkibində təbiətə ziyan verə biləcək hissəciklər mövcuddur ki, lay sularının vahid sistemlə qapalı şəkildə toplanması bu təsiri olduqca azaldacaqdır. Texniki cəhətdən səmərəlilik verən üsulun layihənin təsiretmə diopozonunun genişləndirilməsində önəmli rolu olacağı gözlənilir. Yatağın kəsilişində ayırd edilən 26 istismar obyektinin perspektivliliyi proqnoz edilən bloklarında da tətbiq edilməsilə kömək olması hədəflənilir. Mərkəzləşdirilmiş sistemin yenidən qurulması prosesin tətbiq olunduğu məhsuldar laylarda neftverməni artıran yeni üsullardan reangent və yaxud səthi aktiv maddələr əlavə edərək  aparılan üsulların tətbiq edilməsi üçün ideal şərait yaradacaq. Əməliyyatın aparılması müddətində suyun nəqli prosesi zamanı dayanmaları azaldacaq, əməliyyatın fasiləsizliyi təmin ediləcəkdir.

Ümumiyyətlə suvurma sisteminin yenidən qurulması və neftverməni artıran süni təsir üsullarının məhsuldar laylara tətbiqi istismar obyektlərindən qalıq neft ehtiyyatının maksimum realizəsi fonunda neftvermə əmsalının artmasına gətirib çıxacaqdır.