Menyu

COP29 konfransı və qlobal iqlim dəyişiklikləri ilə əlaqədar Balaxanı ərazisində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun, 200 ədəd Eldar şamlarının əkilməsi işləri aparılıb. Layihə davam edir və 300 ədəd ağac da növbəti proses boyu əkiləcək.

Balaxanı Əməliyyat Şirkətindən bildirilib ki,  şirkət 1-ci mədən ərazisi və digər ətraf bölgələrdə geniş şəkildə yaşıllaşdırma, yaşıllıqlara qulluq, ağacların əkilməsi ilə bağlı bir sıra işlər həyata keçirir.

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların salınmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.

Bu məqsədlə şirkətin əməkdaşları qeyd olunan ərazilərdə gücləndirilmiş iş rejimində çalışırlar.