Haqqımızda
Filialın əsas fəaliyyət istiqaməti Balaxanı-Sabunçu-Ramana neft yatağının işlənməsi, bərpası və neft-qaz hasilatından ibarətdir.
Günümüzdə, işlənmənin son mərhələsində, lay təzyiqinin düşməsi səbəbindən neft və qazın hasil edilməsi təbii yolla (fontan) aparıla bilmir, bu səbəblə, digər istismar üsullarından istifadə olunmaqdadır. İstismar üsuluna görə quyu fondunun cari vəziyyətində, qeyd olunan üsullardan ŞDN (hal-hazırda daha geniş: 92%) və Elektrik Dalma Nasosları (6%) vardır. Bunlarla bərabər, ümumilikdə 2%-ə qədər istifadə edilən Dartay (Tartal) ənənəvi neft çıxarma üsulunun aktivliyi hələ də qorunmuş, iqtisadi cəhətdən ucuz və səmərəliliyi ilə bilinməkdə və istifadə olunmaqdadır.
123 il əvvəl sözügedən quyu indiyə kimi fəaliyyət göstərir. Bakının yaxınlığında yerləşən Balaxanı və Bibiheybət qəsəbələri “qara qızıl”ın çıxarıldığı ilk kəndlər sırasında olub.
Sənaye üsulu ilə ilk neft quyusu
1871-ci il
Horizontdan quyunun günlük neft hasilatı
3.2 ton
Mövcud qalıq çıxarıla bilən sənaye əhəmiyyətli neftin miqdarı
5 mln ton